Əli Əsədov fevralın 16-da Rusiya Hökumətinin başçısı Mixail Mişustinlə telefon danışığı aparıb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Əli Əsədova zəng edib.
M.Mişustin Ə.Əsədovu parlament tərəfindən Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib.
Söhbət zamanı tərəflər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə ümidvar olduqlarını bildiriblər.