Mixalko Azərbaycana başsağlığı verdi

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko azərbaycanlı dörd hərbçinin vəfat etməsi ilə bağlı başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ diplomatı “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Dörd Azərbaycan hərbçisinin hərbi xidmətdən kənarda həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Onların matəmdə olan ailələrinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm”, – diplomat əlavə edib.

Qeyd edək ki, İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

COP29