Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan Yenicag.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 12 aprel 2021-ci il tarixində ölkə üzrə 469 ictimai iaşə obyektində 800 monitorinq keçirilib. Monitorinqlər zamanı 18 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov 4 ünvanında yerləşən, fiziki şəxs Şahbazi Zahid Musa oğluna məxsus “Zev” kafesi;
2. Bakı şəhəri, Yasamal rayonu, Əhmədbəyov küç., ev 2 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Fərid Rəfail oğluna məxsus “Mixək” çay evi;
3. Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 23 ünvanında yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məhəmmədəli oğluna məxsus “Şaurma” kafesi;
4. Bakı şəhəri,Yasamal rayonu, Nərimanov prospekti, ev 207 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rasim Oruc oğluna məxsus “Everest” kafesi;
5. Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küç., ev 28, m. 972 ünvanında yerləşən, fiziki şəxs Əlliyev Rauf Tair oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 53 ünvanında yerləşən, fiziki şəxs Səmədov Cavid Tofiq oğluna məxsus kafe;
7. Bakı şəhəri, Binəqədi rayonu, Deska yolu, Hərbi hissənin yanında yerləşən, fiziki şəxs Həsənova Əzimə Ümidvar qızına məxsus “Çempionlar” restoranı;
8. Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova küç., ev 117 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elvin Elçin oğluna məxsus kafe;
9. Bakı şəhəri, Binəqədi rayonu, Kunanbayev 66c ünvanında yerləşən, fiziki şəxs Abdullayev Sahib Mürşüd oğluna məxsus kafe;
10. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21/99 ünvanında yerləşən, hüquqi şəxs “Cahan Holdinq“ə məxsus, “Days“ mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
11. Abşeron rayonu, Masazır kəndində yerləşən, fiziki şəxs Poladov Elvin Lətif oğluna məxsus “Çənlibel” kafesi;
12. Gəncə şəhəri, M. Y. Axundzadə küç., 7-ci döngədə yerləşən, fiziki şəxs İsmayılov Xaqani Fərhad oğluna məxsus kafe;
13. Quba rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əjdərova Qəmər Vaqif qızına məxsus restoran;
14. Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən, fiziki şəxs Kələşov Allahverdi Hümbət oğluna məxsus kafe;
15. Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən, fiziki şəxs Abbasov Ərziman Əslan oğluna məxsus kafe;
16. Masallı rayonu, Ərkivan ünvanında yerləşən, fiziki şəxs Kərimov İbrahim Gülverdi oğluna məxsus kafe;
17. Ağcabədi rayonu, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən, fiziki şəxs İslamov Məzahir Məmməd oğluna məxsus “Ozan” kafesi;
18. Ağcabədi rayonu, Ağcabədi şəhəri, F. Əlizadə küçəsində yerləşən, fiziki şəxs Quliyev Sərvan Qəşəm oğluna məxsus “Ay işığı” kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.