MM-də 8 qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq

Milli Məclisin 2020-ci il payız sessiyasının işlər planına daxil edilən 8 qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq.

Yenicag.az xəbər verir ki, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Lombardlar haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ali təhsil haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri işlər planına daxil ediləsə də parlamentin payız sessiyasında müzakirəyə təqdim olunmayacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-da başa çatır.