MM-də boşalan deputat yerlərinin sayı 10-a qalxdı – Siyahı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Yenicag.az xəbər verir ki, Ramin Məmmədov eyni zamanda Milli Məclisin deputatıdır. Qanunverciliyə görə, sədr təyin olunduğu üçün R.Məmmədov deputat mandatını təhvil verməlidir.

Bununla da Milli Məclisdə boşalan deputat yerlərinin sayı 10-a qalxacaq.

Xatırladaq ki, 3 il öncə Milli Məclisin deputatı Fəttah Heydərov, ötən il isə Madər Musayev və Qənirə Paşayeva vəfat ediblər. Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edildiyi üçün deputat mandatını təhvil verib.

Eyni zamanda 2020-ci ilin fevralında keçirilən seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə) nəticələri ləğv edilmişdi.

 

COP29