MM-in növbədənkənar sessiyasının sonuncu iclası təxirə salındı

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasının keçiriləcəyi tarix dəyişib.

Yenicag.az xəbər verir ki, iclasın keçiriləcəyi vaxt hələ müəyyənləşməyib.

İclasın təxirə salınmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, təxirə düşməzdən əvvəl iclasın iyulun 6-da keçirilməsi nəzərdə tutulmuşdu.