MN: “Azərbaycan Ordusunun erməni mövqelərinə atəş açması məlumatı tamamilə yalandır”

Oktyabrın 17-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd olunub.