!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MN-dəki kadr islahatları REZONANS DOĞURDU: “Az qala hər ay rütbə verirlər”

!Reklam – Yazi

“Azərbaycanda az qala hər ay rütbə verilir”.

Bu sözləri Müdafiə Nazirliyində kadr islahatı, ştat strukturu və rütbələrin verilməsini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, bir şəxs 4 ildən çox bir vəzifədə qalmamalıdır:

“Türkiyə ordu modelində 4 ildən bir rotasiya gedir, ancaq Azərbaycanda buna əməl olunmur. Azərbaycanda ştat strukturu bir dəfə Prezident tərəfdən təsdiq olunur, ona uyğun da işlər aparılır. Burada isə görürük ki, vəzifələr şəxslərə görə dəyişdirilir. Bir şəxsə görə vəzifəni general vəzifəsi edə, o şəxs getdikdən sonra isə həmin vəzifəni hətta ləğv edə də bilirlər. Ştat bir dəfə təsdiq olunmalı, buna uyğun işlər həyata keçirilməlidir. Azərbaycanda hətta şəxsə görə ştat strukturunu da dəyişdirilər”.

“Türkiyədə uzun illər əvvəl bir dəfə ştat strukturu müəyyən edilib və ona uyğun olaraq da rotasiya aparılır. Bu NATO ölkələrində və digər ölkələrdə də belədir. Bizdə isə bu proses bitmir. Türkiyə ordusunda ildə bir dəfə rütbə verilir. Bu sistem 2013-cü ilə qədər nizamlanmışdı. İndi az qala hər ay rütbə verilir. Hesab edirəm ki, bunlar doğru yanaşma deyil. Orduda hər şey nizamla getməlidir. Azərbaycanda isə nə ştat strukturu, nə də rütbələrin verilməsində nizam var. Şəxslərə görə rütbə, şəxslərə görə ştat strukturu dəyişməzlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv