MN-dən daha bir açıqlama: Ordumuz bu istiqamətdə atəş açmayıb

Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunun Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələrinin fəaliyyəti barədə bu kimi təxribatların yayılmasının heç bir real əsası yoxdur.