MN-dən hərbçilərin qəzaya düşməsilə bağlı açıqlama – YENİLƏNDİ

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

***

17:58

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər  verir ki, hadisə rayonun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.

“QAZ-3308″ markalı avtomobil idarəetmədən çıxması nəticəsində yol kənarındakı dayanacağa, daha sonra “VAZ-21099” markalı minik maşınına çırpılıb. “QAZ 3308”-də olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzaya uğrayan “QAZ 3308”-in hərbi maşın olduğu bildirilir. Məlumata görə, xəsarət alanlar hamısı hərbçilərdir.

Faktla bağlı araşdırma aparılır.