MN-dən növbəti erməni yalanı ilə bağlı açıqlama

Azərbaycan Ordusu Xocalıda traktora atəş açmayıb.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora guya atəş açılması barədə yayılan məlumatlar yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.