MN-dən şəhidlərimizlə bağlı yeni AÇIQLAMA – SİYAHI

“Azərbaycanın Müdafiə Nazirliyinin Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olmuş 2 783 nəfər hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumata əlavə olaraq bildirir ki, bu günədək 2 756 şəhidimiz dəfn edilib”.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, – nazirlikdən bildirilib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı