MN: Düşmən yaşayış məntəqələrimizi yenidən atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.