MN: Yaşayış məntəqələrimiz yenidən atəşə tutulur – Yaralanan var

Hazırda düşmən tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur, yaralanan var.

Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.