MN: Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürüldü – VİDEO

Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində gedən döyüşdə zərərsizləşdirilən düşmən bölmələrindən hərbi qənimət kimi silah və sursat götürülüb.

Yenicag.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən əldə edilən silah və sursatın videogörüntüsünü təqdim edir.