!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mnatsakanyan Ermənistanın faşist dövləti olduğunu təsdiqlədi” – Mehmet Perincek

!Reklam – Yazi

“Ermənistan xarici işlər nazirinin bu paylaşımı Rusiyaya açıq-aşkar meydan oxumaqdır”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın öz “Twitter” səhifəsində faşist Almaniyası ilə əməkdaşlıq etmiş erməni terrorçusu Qaregin Njdenin Hitler ordusunda xidmət etmiş ermənilərlə birgə fotoşəklini paylaşmasına münasibət bildirən türkiyəli ekspert, Rusiya üzrə mütəxəssis Mehmet Perincek deyib.

Mehmet Perincekin sözlərinə görə, erməni nazirin daşnak cəlladının fotosunu paylaşması təsadüfi deyil və bu, əslində Ermənistanın gerçək simasının göstəricisidir:
“Erməni nazirin bu paylaşımının təsadüfi və ya məqsədli olduğunu söyləmək çətindir. Lakin, bu, çox məşhur fotoşəkildir və onu fərqləndirməmək mümkün deyil.

Hətta erməni nazir bu barədə məlumatsız olsa belə, onun aparatı və köməkçiləri şübhəsiz ki, həmin şəkildəkilərin kim olduğunu bilirlər. Mən “Twitter”də Mnatsakanyana yazaraq, bu addımının kobud səhv olduğunu bildirdim. Buna baxmayaraq, nazir o şəkli yenə də silmədi.

Buradan belə nəticəyə gəlmək olar ki, o, erməni faşistlərinin fotosunu məqsədli şəkildə paylaşıb. Əks halda, nazir öz paylaşımını düzəldərdi.

Digər tərəfdən, Ermənistan xarici işlər nazirinin bu paylaşımı Rusiyaya açıq-aşkar meydan oxumaq, ona qarşı hörmətsizlik və faşizm qurbanlarının xatirəsinə təhqirdir”.

www.yenicag.az

4778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv