!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mobil operatorların monitorinqi

!Reklam – Yazi

yerli_operatorlar_300Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2014-cü ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Qeyd edək ki, MTM ölkədə fəaliyyət göstərən bütün qəzet, jurnal, sayt və televiziyalar üzrə sistemli monitorinq işini həyata keçirir, yüzlərlə saytı, qəzet və jurnalları, ölkə ərazisində yayımlanan TV-lərin monitorinqini aparır. Bu monitorinqin əsasında isə, həmçinin, bütün sektorların analizini aparır. Bu sektorlardan biri də mobil rabitə sektorudur.

Şirkət mobil operatorlarla bağlı analitik məlumatı təqdim edir.

2014-cü ilin dekabr ayında elektron mətbuatda – sayt və portallarda mobil operatorlarla əlaqəli 1442 xəbər yerləşdirilib.

Yazılı mətbuatda – qəzet və jurnallarda isə bu sektorla bağlı 282 xəbər dərc edilib.

O cümlədən, televiziya kanallarında mobil operatorlarla bağlı 9 xəbər efirə gedib.

Beləliklə, ümumilikdə dekabr ayı ərzində mobil operatorlar 1733 xəbərlə ölkə mediasının gündəmində haqqında ən çox xəbər yayılan sahələrdən biri olub.

Mobil operatorlar arasında isə bu sahədə liderlik “Azercell” şirkətində olub. Bu operator haqqında qəzet və jurnallarda 118, tv-lərdə 3, elektron mediada 615 xəbər gedib.

Yeni fəaliyyətə hazırlaşan 4-cü mobil rabitə operatoru olmaq istəyən “Naxtel” haqqında da ötən ay elektron mediada xeyli xəbər (52) yayılıb.

Aşağıdakı cədvəldə isə ayrı-ayrı mobil operatorların hər 3 media sahəsi (yazılı KİV, elektron media və tv-lər) üzrə xəbər sayı göstəriciləri verilib:

Dekabr ayında qəzet və jurnallarda mobil operatorlar haqqında 282 məlumat dərc edilib (xəbər sayına görə sıralama):

Azercell 118 xəbər
Nar Mobile 88 xəbər
Bakcell 71 xəbər
Naxtel 5 xəbər
Saytlarda dekabr ayında mobil operatorlar haqqında 1442 xəbər yer alıb (xəbər sayına görə sıralama):

Azercell 615 xəbər
Bakcell 423 xəbər
Nar Mobile 352 xəbər
Naxtel 52 xəbər
Dekabr ayında televiziyalarda mobil operatorlar haqqında 9 xəbər verilib (xəbər sayına görə sıralama):

Azercell 3 xəbər
Bakcell 3 xəbər
Nar Mobile 3 xəbər
(media təqib mərkəzi).

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv