Mobil rabitə operatorlarının əldə etdikləri gəlir açıqlandı

Rabitə və informasiya sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 9,4 faiz artaraq 505,0 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, xidmətin 71,0 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 37,1 faizi və ya 187,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır.

COP29