Mobil telefon evi külə döndərdi – VİDEO

photo_49592Eşidənlərin təəccübünə səbəb olan hadisə Türkiyənin Manisa şəhərində baş verib.

Məhmət adlı şəxs işdən evə gəldikdən sonra telefonunu hər zaman olduğu kimi elektrik enerjisinə taxıb. Lakin 5 dəqiqə sonra qəfildən partlayan mobil telefon batereyası yanğına səbəb olub. Nə baş verdiyini anlamayan ev sakinləri dərhal qaçaraq mənzili tərk ediblər. Ev isə yanğınsöndürənlər çatana qədər əşyaları ilə birlikdə yanaraq külə dönüb. Malını mülkünü bir göz qırpımında itirən ailə indi cana gələn mala gəlsin deyərək özlərini ovundurmağa çalışırlar.

Baş verən hadisə mobil telefonların təhlükəsizliyi ilə bağlı məsələni yenidən gündəmə gətirib. Mütəxəsisslər belə partlayışlara yalnız ucuz və keyfiyyətsiz batereyaların səbəb olduğunu deyirlər. Buna görə də, alıcılara telefon və telefon aksessuarları alarkən son dərəcə diqqətli olmaq tövsiyə edilir(Atv)