Mobil telefonların xəstəliklərə səbəb olması, ələlxüsus xərçəngin yaranmasında rolunun olması barədə uzun illərdir ki, fikirlər səslənir.
Yenicag.az xəbər verir ki, ABŞ-dakı Yel Universitetinin alimləri mobil telefonla tiroid vəzi (qalxanabənzər vəzi) xərçəngi arasında əlaqənin olmasına dair tədqiqat aparıblar. Onlar hesab edir ki, bəzi hallarda mobil telefonlar tiroid xərçəngi ehtimalını artırır. Tədqiqatlara görə, telefon radiasiyası müəyyən genetik problemi olan insanlar üçün daha zərərlidir.
Alimlər 900-dən çox insanın iştirak etdiyi sınaqda 176 genin tədqiqini aparıb və xərçəng riski ilə əlaqəli 10 tək nukleotid polimorfizmi (DNT ardıcıllığında fərqlər) aşkarlayıblar.
Bu xüsusiyyətin daşıyıcısı olan və eyni zamanda mütəmadi mobil telefonlardan istifadə edən insanlarda tiroid vəzində bədxassəli şişin inkişafı riskinin ikiqat daha çox olduğu müəyyən edilib.
Hesab olunur ki, belə tədqiqatlar riskli insanları müəyyənləşdirməyə və əvvəlcədən profilaktik tədbirlər görməyə kömək edə bilər.
Məlumatlara görə, qalxanabənzər vəzin xərcangi gündən-günə duramadan artır.
Son illərdə tiroid xərçənginin geniş yayıldığı ABŞ-da təkcə bir ildə bu xəstəlikdən 2180 ölüm hadisəsinin qeydə alındığı bildirilir.
Tiroid xərçənginə qadınlarda üç dəfə daha çox rast gəlinir və bu, xərçəmgin digər növlərinə nisbətən daha gənc yaşlarda baş verir. (e-tibb.az)