Mogerininin Bakı səfəri başlayır

federika azvAvropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Məlumatda bildirilir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti F.Mogerininin Azərbaycana səfəri 29 fevral-1 mart tarixlərində baş tutacaq.

Səfər çərçivəsində F.Mogerininin fevralın 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.