!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Möhtəşəm yenilik: uçan taksilər gəlir –  FOTO

!Reklam – Yazi

 Los Ancelesdə keçirilən “Elevate” adlı tədbirdə “Uber” uçan maşının yeni konseptini təqdim edib.

Yanicag.az “technote”a istinadən xəbər verir ki, şirkətin 2023-cü ilə kimi hava taksisi kimi istifadə etməyi planlaşdırdığı bu aparat xarici görünüşünə görə təyyarə ilə vertolyotun birləşməsinə bənzəyir.

Sözügedən uçan aparat dönmə pərinin əvəzinə üfüqi şəkildə yerləşdirilmiş əyilə bilən 4 pərlə təchiz olunub. Həmin pərlər aparatına uçmağa kömək edir, eniş  zamanı isə əyilə bilir.

Beşinci pər isə irəli istiqamətdə hərəkət üçün nəzərdə tutulub.

Əgər pərlərdən biri sıradan çıxarsa, digər pərlər aparatın təhlükəsiz enişinə yardımçı olacaq. Güman olunur ki, sözügedən aparat elektriklə çalışacaq və 300-600 metr yüksəklikdə hərəkət edə biləcək.

Uçan taksilər üçün nəzərdə tutulan eniş sahələri isə göydələnlərin damlarında yerləşəcək. Həmin sahələrdən  hər saatda 200 uçuş həyata keçiriləcək.

İlkin mərhələdə uçan taksi pilot vasitəsilə idarə olunacaq. Müəyyən müddətdən sonra isə idarəetmə avto rejimə keçəcək.

Zaur H.

www.yenicag.az

1444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv