!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moldova Ombudsmanı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

!Reklam – Yazi

Moldova Ombudsmanı Aureliya Qriqoriu Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Yeniçağ.Az xəbər verir ki, APA-nın məlumatına görə, A. Qriqoriunun bununla bağlı yaydığı bəyanatda deyilir:

“Mən Aureliya Qriqoriu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstəyimi təsdiqləyərək, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair qətnamələrinin icrasının vacibliyini vurğulayaraq, münaqişənin həllinə dair ATƏT-in Minsk Qrupunun səylərinin vacibliyini və bu səylərə dəstəyimi ifadə edərək, erməni və Azərbaycan xalqlarının keçmişdə birgə yaşayış ənənəsinə əsaslanaraq, hər iki ölkədə yeni nəsildə bir-birinə münasibətdə yalnız müharibə ruhunun formalaşdığını təəssüflə qeyd edərək, uzadılmış münaqişələrin həlli və millətlərin sülh şəraitində birgə yaşayışı ideyasını dəstəkləyərək, bu təşəbbüsü dəstəklədiyimi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülhpərvər qətnamələrin icrasına yönəlmiş “Ermənistan-Azərbaycan Sülh naminə Platforma”ya qoşulduğumu bəyan edirəm”.

Yeniçağ.Az

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv