Moldova Qazaxıstanda səfirlik açır

Moldova Qazaxıstanın paytaxtı Astanada diplomatik nümayəndəlik açacaq.

Yenicag.az Kazinform.kz-yə istinadən xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu qərar ölkənin Mərkəzi Asiyada diplomatik mövcudluğunu genişləndirmək məqsədi daşıyır.

Məlumatda həmçinin Qazaxıstanın “mühüm iqtisadi güc” olduğu vurğulanıb.

COP29