Moldovalı turist öldü – Şəkidə

Azərbaycana turist kimi gələn Moldova vətəndaşı ölüb.

Yenicag.az-ın məlumatına görə, hadisə Şəki şəhərində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Nilolau Vasilyeviç Şorban Şəki şəhərində qonaq olduğu evdə dünyasını dəyişib.

Onun ölümünün səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır./Report/