Moldovanın Baş naziri Dorin Reçan şiddətli istilərlə əlaqədar vətəndaşları suya qənaət etməyə çağırıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət başçısı bu çağırışı Nazirlər Kabinetinin iclasında edib.
Məlumata görə, iyulun 12-dən 17-dək ölkə ərazisində davam edən kəskin istilər səbəbindən ən yüksək – qırmızı təhlükə xəbərdarlığı edilib. Respublikanın bəzi yerlərində termometrlər 52 dərəcəni göstərib. Bununla əlaqədar baş verə biləcək meşə yanğınları və çaylarda su səviyyəsinin aşağı düşməsi barədə xəbərdarlıq olunub ki, bu da suyun qənaətlə işlədilməsini gündəmə gətirib.
“Uzun müddət davam edən quraqlıq səbəbindən su təchizatında ciddi təhlükə ilə üz-üzəyik, buna görə də mən bütün vətəndaşları suya qənaət etməyə və ondan səmərəli istifadəyə çağırıram”, – deyə Recan bildirib.
Baş nazir, həmçinin, cənub bölgələrinə səfər edərək quraqlıqdan əziyyət çəkən fermerlərlə görüşmək planlarını açıqlayıb./Trend/