Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku istefa verib.
Moldovalı nazir bu barədə yanvarın 24-də mətbuat konfransı zamanı bildirib.
“Mənə fasilə lazımdır. Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün hakim komandanın səylərinə töhfə verməyə davam edəcəyəm”, – deyə Niku Popesku əlavə edib.
Məlumat üçün əlavə edək ki, N.Popesku 2021-ci ildən Moldova Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
Mənbə: Point