Moldovanın yeni prezidenti seçildi

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, prezidentliyə Hərəkət və Həmrəylik Partiyasından namizəd Moldovanın keçmiş Baş naziri Maya Sandu 56,64 (824 min səs) faiz səs, Moldavanın hazırkı Prezidenti İqor Dodon isə 45,36 (684 min) faiz səs toplaya bilib.

Maya Sandu bəyanatla çıxış edərək bildirib:

“Söz verdiklərimizi həyata keçirmək üçün çox işimiz var. Səs verməyə gələn və bizə inanan bütün insanlara təşəkkür edirəm. Birgə cəmiyyətə ehtiyacımız var. Bizi birləşdirən bir şeyə ehtiyacımız var. Seçkilərdən sonra etməli olduğumuz ilk şey budur. İnsanları qoruyacaq və onlara qayğı göstərəcək dövlət qurmaq lazımdır”.