Moldovanın yeni prezidenti

dodon4Moldovada keçirilən prezident seçkilərində Rusiyameyilli Moldova Respublikasının Sosialist Partiyasının lideri İqor Dodon qalib gəlib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o, bülletenlərin 99,42% hesablanmasından sonra, səslərin 52,6%-ni toplayıb.

Dodonun rəqibi olan yeganə namizəd – Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri Mayya Sandu isə səslərin 47,3 %-ni toplayıb.(aznews)