Moldovaya yeni səfir təyin edildi

Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Ülvi Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb./APA