Molla uşağının gözü qarşısında öldürüldü – FOTO

Molla Çeçenistanda öz uşağının gözü qarşısında öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə çeçen mediası məlumat yayıb. Bildirilir ki, dünən, yanvarın 14-də Çeçenistanın Şelkovski rayonunun Voskresenovski kəndində molla uşağın gözü qarşısında bıçaqlanıb. O, aldığı ölümcül yaralardan ölüb.

Mənbələrə görə, səbəb qan davası ola bilər. Müxalifət kanalı bu versiyanı təkzib edib.

Qətl “WhatsApp” çatlarında yayılan, qatil olduğu iddia edilən şəxs tərəfindən çəkilmiş videodan məlum olub.

Məlumata görə, öldürülən şəxs 1968-ci il təvəllüdlü Abdurahim Qakayevdir. O, bıçaqla ondan çox zərbə alıb.

Respublika üzrə İstintaq Komitəsinin İstintaq İdarəsi qətl faktını təsdiqləyib. İdarədən verilən məlumata görə, qətl fərdi yaşayış evinin həyətində baş verib. Hücum edən şəxs 54 yaşlı kişiyə bir neçə bıçaq zərbəsi vurub. O, yerindəcə dünyasını dəyişib.

Mollanın qətli ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb.

Şübhəli şəxs qismiondə Qudremes sakini, 1993-cü il təvəllüdlü Turpal-Ali Ş. axtarışa verilib.

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Daxili İşlər Nazirliyinin Şelkovski rayonunda bu gün, yanvarın 15-də molla Abdurahim Qakayevin qətlində şübhəli bilinən 30 yaşlı şəxs saxlanılıb.

Xuraman Etibarlı

COP29