Monako qran prisinin qalibi bəlli oldu

“Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkiardo Formula 1 üzrə Monako qran prisinin qalibi olub.

Yenicag.az xəbər verir ki, qran prini ikinci pillədə “Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel, üçüncü pillədə isə “Mersedes” komandasının britaniyalı pilotu Luis Hemilton başa vurublar.

28 yaşlı Rikkiardo karyerasında 6-cı, bu mövsüm isə 2-ci qələbəsini qazanıb. O, Monako qran prisində ilk dəfə qalib gəlib.

Mövsümün 6 yarışından sonra liderlik britaniyalı Luis Hemiltondadır (110 xal), ikinci pillədə Sebastyan Fettel (96 xal), üçüncü yerdə isə Daniel Rikkiardo (72 xal) qərarlaşıblar.

Formula 1-in növbəti mərhələsi 8-10 iyun tarixlərində Kanadada keçiriləcək.