Ceyms Bondun qəhrəman olduğu kinolar seriyasından növbəti film çəkilir.
Bond haqda sayca 24-cü olan Spektr (“Spectre”) filminin çəkilişləri Londonda başlayacaq və Romada davam etdiriləcək. Rejisoru Sam Mendes olan filmin 2015-ci ilin sonlarında nümayiş olunacağı gözlənilir.
Filmin yaradıcı heyətindən verilən məlumata görə, yeni kinonun çəkilişində Romanın ən məşhur yerlərindən biri olan Corso Vittorio Emanuele seçilib. Sam Mendes Ceyms Bondun filmdəki maşınını “Aston Martin DB 10” olacağını açıqlayıb. “Bond” rolunu avstriyalı Kristof Valts ifa edəcək. “Bondun qızları”nı İtaliyalı aktrisa Monika Belucci və fransalı Lea Seydoux oynayacaq.
(anspress.com)