“Monkey B – BV” virusundan İLK ÖLÜM faktı qeydə alınıb

Çində B meymun virusuna (“Monkey B” – BV) yoluxan 53 yaşlı baytar vəfat edib.

Yenicag.az xəbər verir ki, ürəkbulanma və qusma şikayətlərindən 1 ay sonra onda yüksək temperatur və nevroloji simptomlar müşahidə olunub. Bir neçə xəstəxanada müayinə olunan şəxs mayın 27-sində həyatını itirib. Ölümündən sonra aparılan araşdırmalar zamanı onun BV virusuna yoluxduğu təsdiqini tapıb.

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, adı açıqlanmayan şəxs mart ayında ölmüş 2 meymun üzərində araşdırma apararkən virusa yoluxub. Bu, ölkədə B meymun virusundan ilk ölüm faktı kimi qeydə alınıb.

Qeyd edək ki, virus 1932-ci ildə aşkarlanıb. Bu virusdan ölüm göstəricisi 70-80 faizdir.