!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Monopoliya qalxdı, yeni təhlükə yarandı: Qida terroru

!Reklam – Yazi

12463913_10207172232176902_788558026_nNatiq Cəfərli: “Qida terrorunun baş verməməsi üçün gömrüyün işinin təməlinin yenidən qurulması, orada yeni texnologiyaların tətbiqinə ehtiyac vardır”

Gömrükdə monopoliyanın aradan qaldırılması fonunda istər-istəməz prosesin ölkəmizə xaricdən daha çox məhsul və malın gətiriləcəyinə rəvac verəcəyi gözlənilir. Bu isə o deməkdir ki, gətirilən mal və məhsulun, xüsusən də ərzaq məhsullarının bir hissəsi keyfiyyətsiz, vaxtı keçmiş də ola bilər. Bu fonda görəsən, gömrükdə monopoliyanın götürülməsi ölkədə qida terroruna gətirib çıxara bilərmi? Ölkəyə hər tərəfdən gətiriləcək mallara necə nəzarət olmalıdır ki, bu hadisələr baş verməsin?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, qida terrorunun baş verməməsi üçün gömrük işinin təməli yenidən qurulmalı, burada yeni texnologiyalar geniş şəkildə tətbiq edilməlidir: “Qida məhsullarının istehsal, gətirilməsi və satışı bu günə qədər inhisarçı nəzarətində olduğu üçün hamı, o cümlədən nəzarətçi orqanlar da bilirdi ki, ölkəyə gətirilən hər hansı bir mal, məhsul növünün nəzarəti kimin əlindədir. Ona görə də bu nəzarəti həyata keçirmək o qədər də çətin deyildi. Əslində indi də işi yaxşı qursalar, Gürcüstan və başqa ölkələrin örnəyi var ki, orada inhisarçılıq yoxdur, ərzaq və digər bazarlar normal şəkildə fəaliyyət göstərir. Sadəcə gömrüyün işinin təməlinin yenidən qurulması, orada yeni texnologiyaların tətbiqinə, ərzaq məhsullarının ştrik kodlar vasitəsilə yoxlanışının həyata keçiriləcəyi müasir avadanlıqlar və texnologiyaya ehtiyac vardır. Bir də normal şəkildə fəaliyyət göstərmək, işi planlı şəkildə qurmağa ehtiyac var ki, nəzarət gücləndirilsin, ölkəyə zay məhsullar, keyfiyyətini itirmiş mallar daxil olmasın. Həm də sürət artsın, bilirsiniz ki, ərzaq məhsulları tez xarab olan kateqoriyaya aiddir. İş adamlarına da ziyan dəyməməlidir. Hətta prosesi nə qədər sürətlə həyata keçirsələr də, beynəlxalq standartlara görə ərzaq daşımalarında həmişə azı 2-3 faiz itkiyə yol verilir. Bu itkilərin çox olmaması üçün də gömrük orqanları işlərini təməldən yenidən qurmalı, yeni texnologiyalardan istifadə etməlidirlər ki, həm insanların sağlamlığına zərər dəyməsin, həm də iş adamlarına ziyan olmasın. Bu addımların atılmaması fonunda ərzaq məhsulları kimi həssas bir məsələdə gələcəkdə problemlər yaşana bilər. Belə vəziyyət hətta vətəndaşlarımızın sağlamlığına da təsir göstərə bilər. Ona görə də bunu həmişə ancaq iqtisadi kateqoriyalarla hesablamaq düzgün deyil. Ərzaq çox həssas məsələdir. Burada milyonlarla insanın sağlamlığı da əsas götürülməlidir”.

ELÇİN

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv