!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Monqolustan etirazlardan sonra dövlət şirkətinin müqavilələrinin məxfiliyini ləğv etmək qərarına gəldi

!Reklam – Yazi

Etirazçıların “Erdenes Tavan-Tolgoi” dövlət şirkəti ilə bağlı müqavilələrin məxfiliyinin ləğvi barədə tələbi Monqolustanın Nazirlər Kabineti növbədənkənar iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilib.

Yenicag.az xəbər verir ki, bu barədə hökumətin katibliyinin rəhbəri Daşzeqvin Amarbayasqalan məlumat verib:

“Korrupsiyaya qarşı mübarizə üzrə milli komissiyanın tövsiyəsi əsasında məxfi kimi təsnif edilən doqquz müqavilənin açıqlanması barədə qərar qəbul edilib”.

O qeyd edib ki, müqavilələrdən məxfilik möhürünün çıxarılması antikorrupsiya agentliyinə araşdırma aparmaq və ictimaiyyətə onlarla tanış olmaq imkanı verir.

D.Amarbayasqalan aydınlaşdırıb ki, bunlar “Erdenes Tavan-Tolgoi” SC tərəfindən dəmiryollarının tikintisi ilə bağlı davam edən layihələr üçün imzalanmış doqquz müqavilədir.

“Monqolustan hökuməti bu tip gizli razılaşmalara son qoymaq və gələcəkdə onları bağlamamaq barədə prinsipial qərar qəbul edib”, – hökumət nümayəndəsi bildirib.

Dekabrın 4-də Ulan-Batorda kömürün gömrükdən yan keçməklə Çinə ixracı ilə əlaqədar davam edən təhqiqatla bağlı etirazlar başlayıb. Oğurluğun məbləğinin 12,8 milyard dolları ötdüyü güman edilir. Dekabrın 5-də nümayişçilər Monqolustanın Hökumət Evinə basqın etməyə cəhd göstəriblər. Nümayişçilər şübhəlilərin adlarının açıqlanmasını tələb ediblər, etirazçıların fikrincə, onların arasında yüksəkvəzifəli siyasətçilər də ola bilər.

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv