Monqolustanda qədim paytaxt Qaraqorum bərpa ediləcək

Monqolustan Prezidenti Uxnaaqiyn Xürelsüx orta əsrlərdə paytaxt olmuş Qaraqorumun bərpası barədə göstəriş verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Central Asia” yazır.

“Qədim paytaxt olan Qaraqorum Monqol İmperiyasının o dövrdə dünyanın siyasi və iqtisadi mərkəzi olduğunu göstərən tarixi-mədəni irsdir”, – Prezident bərpa haqqında sərəncamı imzaladıqdan sonra deyib.

Qeyd edək ki, Çingiz xan tərəfindən əsası qoyulmuş Qaraqorum (qədim türk dilində “Qara daşlar” mənasındadır – red.) şəhəri 1235-1264-cü illərdə Böyük Monqol İmperiyasının çiçəklənmə dövründə paytaxtı olub. İndi şəhərin yerində Qaraqorum tarix muzeyi var və bu, 2011-ci ildə açılıb./Report/