Monteneqro qarşıdakı beş il ərzində Avropa İttifaqının üzvü olmaq niyyətindədir.
Yenicag.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç Brüsseldə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə görüşdə deyib.
Y.Milatoviç bu günə qədər Monteneqronun demokratik və iqtisadi inkişafına verdiyi dəstəyə görə Aİ-yə təşəkkürünü bildirib.
C.Borel isə qeyd edib ki, Avropa İttifaqına üzvlük üçün növbədə duran ilk ölkə Monteneqrodur. O, Aİ-yə üzvlük danışıqlarının başa çatdırılması üçün Monteneqroda aydın siyasi iradənin olduğunu vurğulayıb.
Y.Milatoviç Brüsseldə Avropa Komissiyasının Qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi ilə də görüşüb.
www.yenicag.az