Reklam

Reklam

Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç və xanımı Svetlana Vuyanoviç V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək.Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum martın 16-17-də keçiriləcək.

V Qlobal Bakı Forumunda Makedoniya Prezidenti George İvanov, Latviya Prezidenti Raymond Veyonis, Albaniya Prezidenti Buyar Nişani və digər ölkələrin indiki, həmçinin keçmiş rəhbərləri iştirak edəcək sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin iştirakı gözlənilir.

“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin – transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ötən il keçirilən IV Qlobal Bakı Forumunda da iştirak edib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."