Monteneqroda bu gün keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanır.
İlkin nəticələrə əsasən, seçkilərdə ölkənin sabiq baş naziiri və eks-prezidenti, sosialist Milo Cukanoviç 57% səslə liderlik edir.
Onun əsas rəqibi, namizədliyi dörd müxalifət partiyası tərəfindən irəli sürülən Mladen Boyaniç 33% səs toplayıb. Üçüncü yerdə yeganə qadın namizəd Draqinya Vuksanoviç qərarlaşıb – 4%.
Ümumlikdə prezident postu uğrunda 7 namizəd mübarizə aparır. Birinci turda qalib gəlmək üçün namizədlər 50 faiz üstəgəl bir səs toplamalıdır. Monteneqro prezidenti 5 illik müddətə seçilir. (APA)