Moqerini: “ABŞ Avropanın siyasətinə qarışmamalıdır”

Birləşmiş Ştatlar Avropanın siyasətinə qarışmamalıdır, necə ki, Avropa İttifaqı (Aİ) Amerikanın işinə qarışmır.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu Vaşinqtonda jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

“Biz ABŞ-ın siyasətinə qarışmırıq. Və avropalılar da ümid edirlər ki, Amerika, həmçinin Avropanın siyasətinə qarışmayacaq”, – deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Yeniçağ.Az

COP29