Moqerini aldığı pul mükafatını suriyalı qaçqınların məktəbinə köçürüb

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ötən il demokratiyanın inkişafına verdiyi töhfəyə görə ona mükafatla yanaşı təqdim olunan pul vəsaitini Livanda fəaliyyət göstərən Suriya qaçqınlarının qəbulu üzrə məktəbə köçürüb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində yazıb.

“Mən ötən ilin noyabrında Bonda Beynəlxalq Demokratiya Mükafatı almışam. Bu gün mükafatla yanaşı aldığım pulu (10 min avro – red.) Livanda Suriya tələbələrinin qəbulu üzrə məktəbə bağışladım. Siz demokratiyaya kapital qoyuluşu üçün ən yaxşı mənbəsiniz”, – deyə o bildirib.

Yeniçağ.Az

COP29