!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskada Millətlər Evi Azərbaycan əleyhinə tədbirə rədd cavabı verdi – YENİLƏNİB

!Reklam – Yazi

kremlAzərbaycan Respublikasının Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlıları konqresinin Moskva bölməsinin sədri Şamil Tağıyevin və Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin səyləri nəticəsində bir qrup separatçının Moskvadakı tədbiri ləğv olunub.

Yenicag.az Lent.az-a istinadən məlumat verir ki, bu gün saat 14-də Moskva Millətlər Evində qondarma “Talışistan” himninin təqdimatıyla bağlı tədbir təşkilatçılar tərəfindən rədd edilib. Azərbaycan Savyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdinin məlumatına görə, Azərbaycan səfirliyi və ictimai təşkilatları tərəfindən etirazdan sonra Moskva Millətlər Evi tədbiri ləğ edib.

***

Moskvada yaşayan bir qrup separatçı Azərbaycan əleyhinə tədbir keçirməyə hazırlaşır. Bu barədə Lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, özlərini qondarma “Talış Dirçəliş Hərəkatı”nın üzvləri adlandıran qrup hərəkatın himnini təqdimatını keçirməyə hazırlaşır. Tədbir hansısa şəxsi obyektdə və ya mənzildə deyil, Moskva Millətlər Evində keçiriləcək.

Dekabrın 16-da keçirilməsi nəzərdə tutulan tədbirə qondarma hərəkatın üzvləri dəvət edilib.
Himnin mətni isə Azərbaycan tarixi, qəhrəmanları və ərazi bütövlüyü əleyhinə məqamlarla doludur.

Yenicag.az

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv