“Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlarda Azərbaycana səfər edəcəyi gözlənilir. Prezident Putin əvvəlcə Bakıda rəsmi qarşılanma mərasimi olacaq. Daha sonra o, Şuşaya səfər edəcək və orada yenidənqurma işləri ilə tanış olacağı gözlənilir”.
Yenicag.az xəbər verir ki, bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.
Məlumata görə, Putinin həmçinin Xankəndi şəhərinə gələcəyi və orada Rusiyanın konsulluğunun təməl qoyma mərasimində iştirak edəcəyi, habelə yerli azərbaycanlılarla görüşəcəyi də gözlənilir. Bildirilib ki, Rusiya Qarabağda yenidənqurma işlərində də iştirak edə bilər.
Xatırladaq ki, erməni analitiklər Putinin Şuşaya səfərini Rusiyanın son 200 illik ənənəvi siyasətinin sona gəlməsinin rəsmən elanı kimi dəyərləndirirlər. Onların fikrincə, Kreml rəhbərinin Qarabağa yollanması Moskva tərəfindən İrəvana açıq mesaj olacaq.
Rafi Müslümov