Sentyabrın 21-də Moskvanın üç hava limanında 25 reys ləğv edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Belə ki, Vnukovoya 4 reys təxirə salınıb, 6-sı isə ləğv edilib. Domodedovoya 12 reys gecikib, 1-i isə ləğv edilib. Jukovski hava limanında reyslərin ləğvi və ya gecikmələri barədə məlumat yoxdur. Paytaxtın hava limanlarında baş verən kütləvi nasazlıqların səbəbi açıqlanmayıb.