!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva ASGA-nın Rusiya Nümayəndəliyini mükafatlandırdı

!Reklam – Yazi

13649411_600207050147915_2070834648_nMoskvada milli mətbəxt Festivalı keçrilib. Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi təmsil edib. Şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxi nümayiş olunub.

ASGA Rusiya nümayəndəliyin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan festival iştirakçıları və qonaqlara milli mətbəximiz haqqında dolğun məlumat veriblər.

13644286_600207040147916_1648563499_nFestivalda iştirak edən Moskva meryasının rəsmiləri, Dövlət Dumasının deputatları və başqa rəsmi şəxslər Azərbaycan mətbəxi təqdim edilən stola yaxınlaşaraq, mətbəximizin çoxçeşidli yeməklərindən, şirniyyatlarından dadıb və Azərbaycan mətbəxtini sevdiyini söyləyiblər.

13624926_600207106814576_898523504_nTədbirin sonunda Azərbaycanı təmsil edən ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiliyə şəhərin ictimai siyasi həyatında fəal iştirak etdiyinə və Azərbaycan milli mətbəxinin təqdimatını yüksək şəkildə təqdim etdiyinə görə, şəhər rəhbərliyi adından fəxri diplom və mükafat təqdim olunub.

13652880_600207113481242_143629056_n

 

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv