Moskvada milli mətbəxt Festivalı keçrilib. Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi təmsil edib. Şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxi nümayiş olunub.
ASGA Rusiya nümayəndəliyin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan festival iştirakçıları və qonaqlara milli mətbəximiz haqqında dolğun məlumat veriblər.
Festivalda iştirak edən Moskva meryasının rəsmiləri, Dövlət Dumasının deputatları və başqa rəsmi şəxslər Azərbaycan mətbəxi təqdim edilən stola yaxınlaşaraq, mətbəximizin çoxçeşidli yeməklərindən, şirniyyatlarından dadıb və Azərbaycan mətbəxtini sevdiyini söyləyiblər.
Tədbirin sonunda Azərbaycanı təmsil edən ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiliyə şəhərin ictimai siyasi həyatında fəal iştirak etdiyinə və Azərbaycan milli mətbəxinin təqdimatını yüksək şəkildə təqdim etdiyinə görə, şəhər rəhbərliyi adından fəxri diplom və mükafat təqdim olunub.