Qarabağdakı rus sülhməramlılarının gələcəyi hələ müəyyən edilməyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva bunu Azərbaycanla müzakirə edir: “Çətin ki, bunu hələ kimsə deyə bilsin, çünki onlar indi orada, Azərbaycan ərazisində yerləşirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk”.
O əlavə edib ki, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında aparılan danışıqlarda iştirak edirlər.