!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva ətrafında yeddi terrorçu saxlanılıb

!Reklam – Yazi

1484359274Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və DİN əməkdaşlarının Moskva bölgəsində keçirdiyi əməliyyat zamanı “Təbliği camaat” ekstremist təşkilatının yeddi üzvü saxlanılıb. Saxlanılanlardan altısının Qırğızıstan, birinin isə Rusiya vətəndaşı olduğu bildirilir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə FTX regional idarəsinin məlumatında bildirilir.

Məlumata görə, saxlanılan şəxslər qruplaşmaya yeni üzvlər cəlb edərək onlarla “ideoloji maarifləndirmə” işi aparıblar. Həmin şəxslər sonradan Əfqanıstan və Pakistandakı təlim düşərgələrinə göndərilib.

“Axtarışlar zamanı ekstremist məzmunlu ədəbiyyat, rabitə vasitələri və qruplaşmanın fəaliyyəti ilə bağlı hesabatların saxlanıldığı elektron daşıyıcılar aşkarlanaraq götürülüb”, – deyə məlumatda bildirilir.

“Təbliği camaat” ekstremist təşkilatının məqsədi Rusiyada xəlifət yaratmaqdır. Beynəlxalq terror təşkilatlarını dəstəkləyən qruplaşmaya əcnəbi vətəndaşlar başçılıq edir.

Rusiya Ali Məhkəməsi 2009-cu ildə “Təbliği camaat” təşkilatının ölkədə fəaliyyətinə qadağa qoyub.

Yenicag.az

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv