“Moskva görüşü üçtərəfli deyil, masada Türkiyə də var” – İstanbuldakı sabiq Baş konsulumuz

“Biz görüntülərdə üç nəfəri görürük, ancaq əslində, Türkiyə də masadadır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasındakı görüşün müzakirə edildiyi “Haber Global” televiziyasının canlı yayımında ölkəmizin İstanbuldakı sabiq Baş konsulu İbrahim Nəbioğlu səsləndirib.

“Paşinyan bunu üçtərəfli zirvə olaraq görmür. Bu, dördtərəfli zirvədir, əslində. Çünki burada Türkiyə də var. Biz burada üç ölkənin liderini görürük, amma Türkiyə də oradadır. Paşinyanın, hətta Ryusiyanın qorxusu orada Türkiyənin olmasıdır”, – deyə Nəbioğlu qeyd edib.